Kanalda iki nəfər batıb
04 iyul 2013 22:33 (UTC +04:00)

Kanalda iki nəfər batıb

İyulunu 4-də  Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1989-cu il təvəllüdlü Kiçikbəyov Eldar Elxan oğlu Samur-Abşeron kanalının Şabran rayonunun Taxtalar kəndi ərazisindən keçən hissəsində (nəzarətsiz ərazidə) ehtiyatsızlıq səbəbindən batıb.

Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, qurumun dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və batan vətəndaşın axtarışına başlanılıb.

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda (Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Hüseynbəyli kəndi ərazisindən keçən hissəsinə) batmış 1986-cı il təvəllüdlü Anar Nizam oğlu Ələkbərovun axtarışları başa çatıb. Onun cəsədi batdığı yerdən 7-8 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 Əməliyyat saat 21:24-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Oxşar yazılar