
Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Salyan şəhərində vətəndaşları qəbul edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Muğan Regional Mərkəzinin binasında keçirilən qəbulda Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerində həllini tapıb.
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Qəbulda FHN-in səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb, bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.
Oxşar yazılar

Xırdalandakı yanğında sakinlər təxliyə olunur – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
3 mart 2025 , 04:38
İsmayıllıda 18 yaşlı gənc evdə ölü tapıldı - FOTO
3 mart 2025 , 02:06
İmişlidə FACİƏ: 4 yaşlı uşaq şoka düşərək öldü
3 mart 2025 , 00:59
İsmayıllıda kirayədə yaşayan tələbənin MEYİTİ TAPILDI
2 mart 2025 , 19:11
Bakıda ağacları kəsdilər - Baş Prokurorluğa MÜRACİƏT
2 mart 2025 , 16:28
İftar üçün xoruz kəsən kişi FACİƏLİ şəkildə öldü
2 mart 2025 , 16:19
Biləsuvarda həmyerlisinə atəş açan şəxs saxlanıldı-YENİLƏNİB
2 mart 2025 , 15:05