İyunun 14-dən bəri ermənilər atəşkəsi 69 dəfə pozub
04 iyul 2013 14:16 (UTC +04:00)

İyunun 14-dən bəri ermənilər atəşkəsi 69 dəfə pozub

Təmas xəttində növbəti monitorinq keçirilib

 

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirilib. 

Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Yevgeniy Şarov və Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov izləyib.

Nümayəndə heyəti rayon İcra hakimiyyətində olub. Onlara məlumat verilib ki, ötən ayın 14-də keçirilən sonuncu monitorinqdən sonra ermənilər atəşkəsi 69 dəfə pozub. Milli Ordunun və yaşayış obyetkləri ümumilikdə 19 saatdan çox atəşə məruz qalıb. Həmçinin o da bildirilib ki, atəşkəsin pozulması nəticəsində 30 başdan çox mal-qara tələf olub.

Monitorinq insidentsiz başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Oxşar yazılar