İTV-nin baş direktoru Cəmil Quliyevin 50 yaşı tamam olur
03 iyul 2013 15:27 (UTC +04:00)

İTV-nin baş direktoru Cəmil Quliyevin 50 yaşı tamam olur

Bu gün əməkdar incəsənət xadimi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin 50 yaşı tamam olur. Lent. az -ın məlumatına görə, kinorejissor, ssenariçi, aktyor,  Kinematoqrafçılar İttifaqının icraçı katibi C. Quliyev 1963-cü ildə Bakıda doğulub.  Ümumittifaq Kinematoqrafiya İnstitutunda kinorejissorluq təhsili alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı filmin, mozalan satirik kino jurnalının bədii süjetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.

 Cəmil Quliyevi 50 illik yubileyi münasibəti ilə təbrik edirik.

# 537
avatar

Oxşar yazılar