İrandan narkotik gətirən qadın ələ keçdi
08 oktyabr 2015 12:25 (UTC +04:00)

İrandan narkotik gətirən qadın ələ keçdi

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 180 həbdən ibarət psixotrop maddənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıb. Lent.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarənin əməkdaşları Tehran-Bakı aviareysi ilə gələn sərnişin Qurbanova Təhminə İsmayıl qızının baqajına gömrük baxışı keçirib. Yoxlama zamanı üzərində "Alprazolam 0.5 mq" sözləri yazılmış, 2 ədəd dərman qutularına qablaşdırılan 18 ədəd konvalyutda açıq çəhrayı rəngli 180 ədəd həb aşkar olunub.

 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə isə Qurbanova Təhminə İsmayıl qızında aşkar edilən  həblər - zavod üsulu ilə hazırlanan "Alprazolam" adlı dərman preparatıdır və bu  dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in siyahısına daxildir.

 

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar