İmişlidə yol qəzası: 6 nəfər xəsarət alıb
01 aprel 2013 22:52 (UTC +04:00)

İmişlidə yol qəzası: 6 nəfər xəsarət alıb

0

 

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə bu gün saat 14.00 radələrində  İmişli-Saatlı avtomobil yolunun Cavadxanlı kəndi ərazisində qeydə alınıb. İmişli istiqamətində hərəkətdə olan 1985-ci il təvəllüdlü İntiqam Nuriyevə məxsus «VAZ 2107» markalı avtomobillə qarşı istiqamətdən gələn 1990-cı il təvəllüdlü  Mahir Nurullayevin idarə etdiyi QAZ 2410 markalı minik maşını toqquşub. Qəza nəticəsində hər iki sürücü və avtomobillərdə olan sərnişinlər  1966-cı il Adil Quliyev, 14 yaşlı Mirzəxan Yusifzadə, 15 yaşlı Rauf Kazımov və 1975-ci il təvəllüdlü Behbud Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 910

Oxşar yazılar