Avqustun 3-də İmişli rayonunda dəhşətli hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Muradallı kəndində həyətyanı sahənin suvarılması üçün arxdan həyətə su açılıb. Su beton plitədən hazırlanmış hasarın bünövrəsini yuduğu üçün aşıb və 2 azyaşlı Tahir Əliyev və Qədir Əliyev betonun altında qalaraq ölüb.
Qeyd edək ki, faciəvi hadisə nəticəsində ölən uşaqlar iki qardaşın övladlarıdır.
Faktla əlaqədar araşdırmalar aparılır.