İmişli və Zərdab rayonlarında ötən axşam yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, İmişli şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan tövlədə baş verib. Yanğın nəticəsində tövlənin çardağının yanar konstruksiyaları 100 kv.m sahədə və içərisində yığılmış 15 ton ot bağlamasının 3 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Bundan başqa, Zərdab rayonu, Məmmədqasımlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan talvar yanıb. Nəticədə talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 16 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.