Fevralın 5-də Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölümlə nəticələnən yol qəzaları Astara və Şəmkir rayonlarında baş verib. Astarada 73 yaşlı qadını avtomobil vuraraq öldürüb. Şəmkirdə isə 57 yaşlı piyada kişi yol qəzasının qurbanı olub.
Hər bir faktla bağlı araşdırma aparılır.