Azərbaycanda iki piyada yol qəzasının qurbanı olub. Lent.az-ın məlumatına görə, oktyabrın 7-də saat 21 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində Gəncə şəhər sakini Dursun Şəfiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qazax rayon sakini Səyalı Kərimovanı vurub. Xəstəxanaya yerləşdirilmiş S.Kərimova orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Digər qəza Gədəbəy rayonunun Arıqdam kəndində qeydə alınıb. Oktyabrın 7-də saat 11 radələrində Gədəbəy rayonunun Arıqdam kəndində Samux rayon sakini Rəşad Amanov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Xitab İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.