Yadigar Babayev 500 manat cərimələnməklə yanaşı 1 il sürücülük hüququndan məhrum edildi
Mingəçevir Şəhər Polis Şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən avtoxuliqanlığa görə saxlanılan Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevin qardaşı oğlu yadigar Babayev barəsində məhkəmə qərarı çıxarılıb.
Moderator.az-ın xəbərinə görə, Yadigar Babayev Mingəçevir şəhər Məhkəməsinin qərarıyla 500 manat cərimələnib. Həmçinin, məhkəmə qərarı ilə o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.