Həsən Həsənovun atası: “Oğlumla fəxr edirəm”
04 oktyabr 2014 12:17 (UTC +04:00)

Həsən Həsənovun atası: “Oğlumla fəxr edirəm”

 

 

“Oğlum Həsən Həsənov vətənim və Azərbaycan xalqı uğrunda şəhid olub.


 

Mən bununla fəxr edirəm”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun atası Fərman Həsənov deyib. O, Azərbaycan prezidentinə oğlunun cənazəsinin qaytarılmasında göstərdiyi səylərə görə təşəkkür edib: “Prezident İlham Əliyev demək olar ki, hər gün bu məsələ ilə maraqlanıb. Biz prezidentimizə təşəkkür edirik”.

 

Mərasimdə iştirak edən, ermənilər tərəfindən girov götürülmüş Dilgəm Əsgərovun qardaşı Sahib Əsgərov da ölkə başçısına təşəkkür edib: “Mərhumun meyitinin qaytarılmasında göstərdiyi diqqətə görə prezidentimizə təşəkkür edirik. Biz bilirik ki, Dilqəm və Şahbazın geri qaytarılması üçün ölkə başçısı əlindən gələni edir. Ümid edirik ki, onlar da tezliklə sağ-salamat geri qaytarılacaqlar”.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov isə jurnalistlərə açıqlamasında deyib ki, dövlət başçısının səyi və təkidi nəticəsində H. Həsənovun cənazəsini qaytarmaq mümkün olub. G. Fərhadov bildirib ki, mərhumun dəfn mərasiminin təşkilini və digər xərcləri onun anadan olduğu Cəbrayıl rayonunun İcra Hakimiyyəti öz üzərinə götürüb.

 

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə qarşı tərəfdən alınıb.

 

Mərhum bu gün Bakıda dəfn ediləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28