Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.
Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
В результате взрыва мины ранены 3 военнослужащих ВС Азербайджана