Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir
25 oktyabr 2015 11:59 (UTC +04:00)

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilir

0

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən, oktyabrın 25-də saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olacaqlar.

 

Bundan əlavə, valideynlər hərbi hissələrin komandanlığı ilə görüşərək onları maraqlandıran suallara ətraflı cavab ala biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar