Tovuz rayon Polis Şöbəsinin axtarışa verdiyi şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə isitnadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin PPXB 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 333-cü (hərbi hissəni özbaşına tərk etmə) və 334-cü (fərarilik) maddələri ilə 4 sentyabr 2015-ci il tarixdən Tovuz RPŞ-si tərəfindən axtarışda olan 1990-cı il təvəllüdlü Məhəmməd İsmayılov tutulub.
Araşdırmalar davam etdirilir.