Həkimin evinə girib əl-qolunu bağladılar<span style="color:red;"> - AZƏRBAYCANDA
07 may 2017 12:06 (UTC +04:00)

Həkimin evinə girib əl-qolunu bağladılar - AZƏRBAYCANDA

Biləsuvarda quldurluq hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Biləsuvar  rayon mərkəzində qeydə alınıb.

 

Biləsuvar rayon Mərkəzi Xəstəxanasının həkimi Göyçək İbrahimovanın evinə daxil olan şəxslər əvvəl onun əl-qolunu bağlayıb, daha sonra evdə olan qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, G. İbrahimova Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Laboratoriya şöbəsində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266

Oxşar yazılar