Günvurma zamanı nə etmək lazımdır? – <span style="color:red;">MƏSLƏHƏT
09 iyul 2019 10:45 (UTC +04:00)

Günvurma zamanı nə etmək lazımdır? – MƏSLƏHƏT

Yay aylarında havaların isti keçməsi ilə əlaqədar günvurma hallarına tez-tez rast gəlinir. 
 
Bəs bu cür halla qarşılaşarkən ilk nələri etməliyik?
 
Lent.az mövzu ilə bağlı kiçik bir araşdırma aparıb. Həkimlər bildirir ki, günvurma halları insan orqanizminin həddindən artıq qızması nəticəsində daha çox uşaqlarda, yeniyetmələrdə və qocalarda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur. 
 
Günvurmanın əlamətləri isə üzün qızarması, dəhşətli baş ağrısı və başgicəllənməsi ilə özünü göstərir. Bu əlamətlərdən sonra gözlərin qaralması, ürək bulanma və bəzən qusma baş verir. Bəzi hallarda isə burundan qanın axması və görmə qabiliyyətinin pozulması da olur. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəslik, nəbzin sürətlənməsi baş verir. 
 
Əgər bu ilkin əlamətlər hiss olunarsa, sözügedən şəxsi kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq və yarıoturaq vəziyyətdə zərərçəkmiş şəxsi uzatmaq lazımdır. Daha sonra həmin şəxsə soyuq su içirtmək, eləcə də soyuq su ilə üzünü və sinəsini silmək lazımdır. Həmçinin zərərçəkənin başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyulmalıdır. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. 
 
Daha bir üsul isə zərərçəkənin paltarını soyunduraraq, zərərçəkəni soyuq suda isladılmış parçaya bükmək, başına buz qoymaq lazımdır. Bundan sonra zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükmək yaxşı olar. Bütün bunlardan sonra əgər xəstənin vəziyyəti ağırlaşarsa, dərhal Təcili Tibbi Yardıma müraciət edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar