Güney Azərbaycanda tanınmış jurnalist həbs edilib
10 fevral 2013 03:13 (UTC +04:00)

Güney Azərbaycanda tanınmış jurnalist həbs edilib

 

Güney Azərbaycanda  tanınmış ictimai fəal və jurnalist Yaşar Kərimi həbs edilib.

 

APA-nın məlumatına görə, Güney Azrbaycanın Xoy şəhərindəki İnqilab Məhkəməsi "asayişi pozmaqda" və "hakimiyyətə qarşı fəaliyyətdə" təqsirləndirilən azərbaycanlı jurnalisti 6 ay həbs cəzasına məhkum edib.

 

Qərarın icrası üçün Y.Kərimi ETTELAAT əməkdaşları tərəfindən fevralın 9-da Xoy şəhərindəki  evində həbs edilib.  

 

Qeyd edək ki, Y.Kərimi Həmədan şəhərində çap olunan “Sina” qəzetinin yazarlar heyətinin üzvü, “İldırım” qəzetinin baş redaktoru, “Əvrin” və “Aydın səhər” QHT-lərinin təsisçisi olub. Qeyd edək ki,onu milli-mədəni fəaliyytinə görə, 2010-cu ildə də tutmuşdular.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683
avatar

Oxşar yazılar