Günel Mövludun anası ondan imtina edib
21 oktyabr 2015 22:44 (UTC +04:00)

Günel Mövludun anası ondan imtina edib

0

Yazar Günel Mövludun anası ondan imtina etdiyi açıqlayıb.

 

Lent.az-ın xəbərinə görə, G. Mövludun anası Şövkət Şəfiyeva “BBC Azərbaycanca”ya deyib ki, oğlanları fəhləliklə məşğuldurlar, heç vaxt siyasətə qarışmayıblar.

 

"Qızım Meydan TV-dən imtina etmirsə, mən ondan imtina edirəm" deyən Ş. Şəfiyeva prezidentin siyasətini dəstəklədiyini də bəyan edib.

 

"1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib ailələrini dolandırılar. Onların narkotika ilə işləri ola bilməz. Bu həbslər siyasidir" deyə, o bildirib.

 

Ananın dediyinə görə, vəkillər ona bu həftə oğlanları ilə görüşə bilməyəcəklərini deyib.

 

Qeyd edək ki, jurnalist Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyi baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürüldüyünü açıqlayıb.

 

Onlar 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Günel Mövlud da qardaşlarının həbsini Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirib, amma o, bu fəaliyyətini dayandırmayacağını da bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 469

Oxşar yazılar