Nahar fasiləsindən sonra davam edən prosesdə çıxışını davam etdirən G.Əhmədovanın vəkili Ə.Talıbov məhkəmədən sabiq deputata qarşı açılmış hər iki ittihama xitam verilməsini və ona bəraət verilməsini istəyib.
Daha sonra hakim Əlisultan Osmanov son sözlə çıxış etməsi üçün Gülər Əhmədovaya söz verib. Lakin sabiq deputat bildirib ki, son söz üçün hazır deyil və bugünkü prosesdə çıxış edə bilməyəcək.
Hakim G.Əhmədovaya son söz çıxışına hazırlaşmaq üçün 6 gün vaxt verib.
Növbəti məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək.
****
13.30
Gülər Əhmədovanın vəkili müdafiə çıxışı edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.
Lent. az-ın məlumatına görə, prosesdə G. Əhmədovanın vəkili Əfsər Talıbov müdafiə çıxışı edib.
Vəkil 2 saata yaxın çəkən çıxışında vəkil G. Əhmədovaya qarşı irəli sürülmüş ittihamların absurd olduğunu bildirib və iddiasını əsaslandırmağa çalışıb. Ə. Talıbov qeyd edib ki, müdafiə etdiyi şəxsin Elşad Abdullayevdən 1 milyon dollar pul aldığına dair heç bir fakt və ya sübut yoxdur.
Onun sözlərinə görə, ümumi şəxslərin adından irəli sürülən ittihamlar sübut kimi qəbul edilə bilməz.
Ə. Talıbov eyni zamanda çıxışında onu da qeyd edib ki, Elşad Abdullayevin G.Əhmədova ilə bağlı yaydığı videogörüntülər qeyri-qanuni olduğu üçün sübut kimi qəbul edilməməlidir.
Vəkil bildirib ki, gizli çəkilmiş videogörünütlərin sübut kimi qəbul edilməyi həm prezident fərmanına, həm də digər müvafiq qanunlara görə qadağandır və bu səbəbdən mötəbər hesab olunmamalıdır.
Prosesə nahar fasiləsi verilib. Fasilədən sonra məhkəmə vəkilin çıxışı ilə davam etdiriləcək.
Xatırladaq ki, dövlət ittihamçısı Gülər Əhmədovaya 4 il iş istəmişdi.