Gülər Əhmədova xəstələndi, məhkəmə təxirə salındı
25 noyabr 2013 12:00 (UTC +04:00)

Gülər Əhmədova xəstələndi, məhkəmə təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi təxirə salınıb.

Lent.az-ın məlumatına görə, saat 10:30-da başlamalı olan məhkəmə prosesi 1,5 saata yaxın gecikib. Əməkdaşımızın məlumatına görə, prosesin başlamamağına  G.Əhmədovanın səhhətinin pisləşməsi səbəb olub.

Sabiq deputatın qohumları jurnalistlərə bildirib ki, onun özünü pis hiss etməsi ilə bağlı məhkəməni başlaması ləngiyir.

Daha sonra isə hakim Əlisultan Osmanov elan edib ki, G.Əhmədovanın vəkili Əfsər Talıbov hüzrü düşdüyü üçün məhkəməyə gəlməyəcəyini bildirib, bu səbəbdən də proses noyabrın 26-na təxirə salınıb.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Gülər Əhmədovaya 4 il iş istəmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1679
avatar

Nizam Rza

Oxşar yazılar