Prokuror Gülər Əhmədovaya 4 il iş istədi - YENİLƏNİB
18 noyabr 2013 16:06 (UTC +04:00)

Prokuror Gülər Əhmədovaya 4 il iş istədi - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlmatına görə, məhkəmədə dövlət ittihamçısı çıxış edərək, sabiq deputatın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, Gülər Əhmədovanın törətdiyi cinayət tam sübuta yetirilib.

Onun sözlərinə görə, sabiq deputatın Elşad Abdullayevdən ümumilikdə 1 milyon ABŞ dolları aldığı təsdiqlənib. Dövlət ittihamçısı bildirib ki, G.Əhmədovanın Sevinc Babayeva ilə cinayət əlaqəsinə girərək, özgəsinin külli miqdarda mülkünü mənimsədiyi faktı sübuta yetirilib.

Prokuror deyib ki, həm şahid ifadələri, həm də telefon çıxarışları sabiq deputata qarşı irəli sürülən ittihamı təsdiqləyib.

Eyni zamanda, G.Əhmədovaya qarşı Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə irəli sürülmüş digər ittiham da sübuta yetirilib.

Dövlət ittihamçısı Eldar Həmzəyev deyib ki, G.Əhmədova haqqında dələduzluq maddəsi ilə cinayət işi başlandığını bilə-bilə S.Babayevanın İstanbulda gizlənməsinə himayədarlıq edib və bu fakt da öz təsdiqini tapıb.

E.Həmzəyev bildirib ki, G.Əhmədovaya Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə 3.6 il, 307-ci maddəsinə görə isə 2 il iş düşür, lakin onun ictimai fəaliyyəti, 3 dəfə deputat seçilməsi və himayəsində azyaşlı övladının olması nəzərə alınaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarılsın.

 

*****

12.47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barəsində açılmış cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, bugünkü prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

 

Prosesdə Roza Fərzəliyevanın ifadəsi oxunub.

 

Bundan əlavə, G.Əhmədovanın vəkili iki vəsatət qaldırıb. Birinci vəsatətdə bildirilib ki, Elşad Abdullayev G.Əhmədovaya böhtan atdığı üçün cinayət məsuliyyətinə cəlb edilməlidir.

 

İkinci vəsatətdə isə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və prezidentin fərmanına istinad edilərək, şəxsin icazəsi olmadan onun səsinin yazılması və görüntüsünün çəkilməsinin qadağan edildiyi qeyd edilib və sübut kimi istifadə edilən videoların sübutlar siyahısından çıxarılması istənilib.

 

G.Əhmədova çıxışında bildirib ki, əgər o, E.Abdullayevdən pul alsaydı, ən azından ona 10 min manat verilən yerdə çəkilmiş görüntü olardı. Sabiq deputat bütün kadrların videomontaj edildiyini iddia edib. “Mən hamını allaha tapşırıram” – deyə G.Əhmədova sonda bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6693
avatar

Nizam Rza

Oxşar yazılar