Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın növbəti məhkəmə iclası keçirilib. Lent.az-ın məhkəmə prosesini izləyən əməkdaşının sözlərinə görə, iclas başlar-başlamaz G. Əhmədova hakimdən bir neçə dəqiqəlik vaxt istəyib və üzünü jurnalistlərə tutaraq bildirib ki, bəzi məsələlərə bir dəfəlik aydınlıq gətirmək istəyir: “Bu işdə mandat alverindən söhbət getməyib. Azərbaycanda heç bir vəzifəli şəxsin bu işə aidiyyatı yoxdur. Elşad Abdullayev özü boyda yalandır. Məhkəmədə üzə çıxmasa da, tarix onu özü üzə çıxaracaq. Onun əməllərinə görə, 5000-dən çox insan zərər çəkib. Ona görə nə qədər qadın intihar edib, evsiz-eşiksiz qalıb. Sevincin ölümündə bir başa o günahkardır. Sevinci qorxudublar. Bu kadrlar da qorxu altında çəkilib. İndi də Sevinc Babayevanın oğlu Ayxanı öyrədib göndərirlər bura. Onu Adil İsmayılov öyrədir. Nə vaxtsa burdan çıxıb, Elşadı tutduracağam”.