Tanınmış həkimin intiharı ilə bağlı YENİ XƏBƏR
03 dekabr 2016 11:40 (UTC +04:00)

Tanınmış həkimin intiharı ilə bağlı YENİ XƏBƏR

Bu gecə Göyçay rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb. Lent.az-ın məlumatına görə, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlunun özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

 

Bildirilir ki, 42 ildir həkim işləyən Rafael Fazilov dünən də adəti üzrə işə gəlib və axşam saatlarınadək xəstəxanada olub. Daha sonra o, şəhərin Sabir küçəsi 42 ünvanındakı mənzilinə gedib. Gecə saat 3 radələrində ailə üzvləri R.Fazilovun evdə olmadığını görüblər və onun mobil telefonuna zəng vurublar. Lakin telefona zəng çatsa da, cavab verən olmayıb. Bundan narahat olan ailə üzvləri həyətə düşüblər və bu zaman dəhşətli mənzərə ilə qarşılaşıblar.

 

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Araşdırmalar davam etdirilir. 

 

Qeyd edək ki, rayonun Qaraməryəm kəndindən olan R. Fazilov bu gün saat 13.00-da həmin kənddə dəfn olunacaq. 

 

*****

 

 

 

9:50

 

 

 

Göyçay rayonunda intihar hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün səhər saat 5:00 radələrində Göyçay şəhərində qeydə alınıb.

 

Şəhərin Sabir küçəsindəki 42 saylı mənzildə yaşayan 1950-ci il təvəllüdlü Fazilov Rafael Mirsadiq oğlu özünü asıb.

 

Uzun illərdir ki, Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri, 42 ildir, həkim işləyən Rafael Fazilovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

 

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Nizam Rza

Oxşar yazılar