Goranboyda şagird məktəbə qumbara gətirdi
07 oktyabr 2015 14:33 (UTC +04:00)

Goranboyda şagird məktəbə qumbara gətirdi

0

Goranboyda şagird məktəbə qumbara gətirib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınıb və RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildirib. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar