Goranboyda “Mercedes" ağaca çırpıldı,  sürücü xəsarət aldı
10 dekabr 2016 01:26 (UTC +04:00)

Goranboyda “Mercedes" ağaca çırpıldı, sürücü xəsarət aldı

Goranboyda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Naftalan avtomobil yolunda qeydə alınıb.

 

Rayonun Cinli Zeynallı kənd sakini, 1994-cü il təvəllüdlü Rzazadə Hüseyn Namiq oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan ağaca çırpılıb.

 

Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə beyin travması və gicgah nahiyəsinin əzilməsi diaqnozu qoyulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar