Goranboyda 4 otaqlı, Ələt və Şəmkirdə isə 3 otaqlı ev yandı
15 oktyabr 2014 00:30 (UTC +04:00)

Goranboyda 4 otaqlı, Ələt və Şəmkirdə isə 3 otaqlı ev yandı

Ötən gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv. m olan (hər mərtəbəsi 60 kv.m) ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində yanğın olub. Nəticədə, mətbəxin tavanı 20 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

 

Daha bir yanğın Qaradağ rayonunun Ələt qəsəbəsində, ümumi sahəsi 420 kv. m olan kommunal tipli birmərtəbəli yaşayış binasında baş verib. Nəticədə, binanın dam örtüyünün yanar konstruksiyaları 350 kv. m sahədə və vətəndaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.  

 

Bundan başqa, Şəmkir rayonu, Mahmudlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv. m olan (arakəsmə divarları və dam örtüyü taxta konstruksiyalardan ibarət) birmərtəbəli 3 otaqlı  evdə yanğın olub. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar