
Gəncədən Bakıya yarışa gələn idmançılar qəzaya düşüb, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Yevlaxda qəzaya düşən cüdoçular evə buraxılıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, avtoqəza nəticəsində xəsarət alan yaralıların vəziyyəti hazırda qənaətbəxşdir.
Xəstəxanadan bildirilib ki, İlyas İlyaslı, Təranə Paşayeva və Polad Niyazlının müalicəsi ev şəraitində davam etdiriləcək..
23:54
Yevlaxda baş vermiş yol qəzasında idmançılar xəsarət alıb. Hadisə zamanı "MAZ" markalı yük maşını və "Mercedes" markalı mikroavtobus toqquşub.
ONA-ın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində baş vermiş avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan 1991-ci il təvəllüdlü Ramiz İlyaslı, 1963-cü il təvəllüdlü Təranə Paşayeva və 2006-cı il təvəllüdlü Polad Niyazlı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, mikroavtobusda xəsarət alanlar Bakıya yarışa gedən cüdoçu Gəncə sakinləridir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Mağazadan 14, evdən 10 minlik OĞURLUQ
9 iyul 2025 , 16:26
Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32