Gəncədə piyadanı maşın vurdu
10 sentyabr 2015 23:45 (UTC +04:00)

Gəncədə piyadanı maşın vurdu

0

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində 10 saylı orta məktəbin qarşısında qeydə alınıb. Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Elnur İbişov yolu keçmək istəyərkən “Lada Priora” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar