Suçəkmə işləri davam etdirilir.
12:06
Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi ərazilər yağış suları ilə dolub.
Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış suları dolmuş ərazilərə cəlb olunmuş və suçəkmə işlərinə başlanıllb.