Gəncədə aviabomba tapıldı
16 iyun 2017 15:18 (UTC +04:00)

Gəncədə aviabomba tapıldı

0

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Gəncə şəhərində partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

 

Əməliyyat FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı əsasında keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar