Gəncə Regional Elmi Mərkəzinin müdir müavini yol qəzasında ölüb - YENİLƏNİB
21 iyun 2014 13:28 (UTC +04:00)

Gəncə Regional Elmi Mərkəzinin müdir müavini yol qəzasında ölüb - YENİLƏNİB

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

Gəncə şəhər Baş Polis İdarəsindənAPA-nın qərb bürosuna verilən məlumata görə hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Şəhər sakini 26 yaşlı Məmmədbağır Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Samir Pişnamazzadəni vurub.

 

Ağır xəsarətlər alan S. Pişnamazzadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan paytaxt Bakıya aparılarkən Hacıqabul rayonu ərazisində dünyasını dəyişib.

 

S. Pişnamazzadə Gəncə Regional Elmi Mərkəzinin elmi işlər üzrə müdir müavini vəzifəsində işləyirdi.

 

Faktla bağlı Gəncə şəhər baş polis idarəsində araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1371
avatar

Oxşar yazılar