Gəncədə 38 yaşlı kişi bıçaqlandı
09 sentyabr 2015 22:13 (UTC +04:00)

Gəncədə 38 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Osmanov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. S. Osmanovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97
avatar

Oxşar yazılar