Gəlinin oğlan evindən qaçması ilə bağlı yeni FAKTLAR
08 noyabr 2013 13:33 (UTC +04:00)

Gəlinin oğlan evindən qaçması ilə bağlı yeni FAKTLAR

Bir neçə gün əvvəl Ağcabədi şəhərində keçirilən toy mərasimindən sonra baş verənlərlə bağlı polisə və prokurorluğa müraciət daxil olub. Lent.az-ın əldə etdiyi məlumata görə, toydan sonra oğlan evindən qaçan 17 yaşlı qızın hərəkətlərindən şikayətçi olan bəyin anası Zülfiyyə Əliyeva şikayət ərizəsi yazıb. Qadın ərizədə dəymiş ziyanın ödənməsini və qıza verilmiş qızılları tələb edib. Bildirilib ki, bu hadisə ailəyə 10 min manata yaxın maddi ziyan vurub. Həmçinin gəlinə alınmış qızıllar da, o qaçarkən üstündə gedib.

 

Oğlan tərəfi öncədən bildirdiyi kimi, həmin qızı yenidən öz evinə aparması variantını da istisna edib. bunu da polis və prokurorluqda qəbul edilən Z.Əliyeva bildirib.

 

Lent.az qızın məhz toyun başa çatmasından sonra yaxın qohumları və valideynlərinin köməkliyi ilə qaçmasının səbəbini də öyrənib. Bildirilir ki, qız tərəfi toyda yığılan pulu götürdükdən sonra bu işi görməyi planlaşdırıb və el adəti ilə toy başa çatıb, camaat şadlıq evindən dağılışdıqdan sonra belə edib.

 

Qeyd edək ki, Ağcabədinin Avşar kənd sakinləri olan gənclərin “Cavid” şadlıq sarayında keçirilən toyundan sonra 17 yaşlı qız həyat yoldaşı ilə gərdəyə girməkdən imtina edib. Daha sonra isə o, “102” qaynar xəttinə zəng vurub və zorla ərə verildiyini bildirərək, hüquq-mühafizə orqanlarından yardım istəyib. Sonradan məlum olub ki, gənc qızın valideynlərinin də bu işdə rolu var. Onlar da fikirlərini dəyişib və qızı dayısı oğluna verməyə çalışırlar. Gənc qız da bildirib ki, dayısı oğlunu sevir və buna görə də nişanlı olduğu şəxslə yaşamaqdan imtina edib.

 

Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli bildirib ki, 17 yaşlı gəlin məclisdən sonra ər evinin qapısından birbaşa polis şöbəsinə gəlib: “Qız gəlinlik paltarında dayısı arvadı ilə birlikdə şöbəyə gəlmişdi. Gəlin iddia edirdi ki, o öz həmyaşıdı olan dayısı oğlunu sevir. Onunla birlikdə gələn dayısı arvadı da bildirdi ki, qızı öz oğluna almaq istəyindədir. Biz gəlindən soruşduq ki, madam ki, belə idi bəs nəyə görə toyun olmasına razılıq verib, prosesin bura qədər irəliləməsinə mane olmayıb? Mübahisəli vəziyyəti araşdırmaq üçün bəy tərəfi də polisə dəvət etdik, onları dindirdik. Oğlan tərəfin bu işdə heç bir günahı yoxdur”.

 

Hazırda məsələ ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

 

http://news.lent.az/news/145026

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14024
avatar

Nizam Rza

Oxşar yazılar