Gecə klubunda qətl törədən şəxs tutuldu - YENİLƏNİB
19 oktyabr 2013 16:45 (UTC +04:00)

Gecə klubunda qətl törədən şəxs tutuldu - YENİLƏNİB

Bakıda gecə klubunda qətl törədən şəxs tutulub.


 

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1989-cu il təvəllüdlü Səttar Məmmədzadəni bıçaqlayaraq qətlə yetirən 1993-cü il təvəllüdlü Ənvər Kamran oğlu Həsənov şübhəli şəxs qismində tutulub.

 

Qeyd edək ki, hadisə dünən səhər saatlarında Naxçıvani küçəsi-13 ünvanında yerləşən ”MAC” gecə klubunda qeydə alınıb.

 

1993-cü il təvəllüdlü Ə. Həsənov aralarında yaranan münaqişə zəmində 1989-cu il təvəllüdlü S. Məmmədzadəni bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Ə. Həsənovun tutulması istiqamətində iş aparılır.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5301
avatar

Oxşar yazılar