Fikrət Məmmədov Salyanda cəzaçəkmə müəssisəsinə baş çəkib
16 fevral 2015 20:26 (UTC +04:00)

Fikrət Məmmədov Salyanda cəzaçəkmə müəssisəsinə baş çəkib

Ədliyyə Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  nazir məhkumlarla görüşərək onların saxlanma şəraiti, tibbi təminatı, islah prosesi, asudə vaxtlarının təşkili ilə maraqlanıb, istehsalat, idman sahələri, görüş otaqları, tibb məntəqəsi ilə tanış olub, infrastrukturun abadlaşdırılması, islah işinin səmərəli təşkili, məhkumlara göstərilən tibbi yardımın yaxşılaşdırılması, vaxtından əvvəl şərti azad etmə institutundan effektiv istifadə olunması ilə bağlı tapşırıqlarını verib.

 

Bununla əlaqədar Ədliyyə Nazirliyinin məsul əməkdaşlarından, eləcə də geniş ictimaiyyətin nümayəndələri və hüquq-müdafiəçilərdən ibarət formalaşdırılmış xüsusi Komissiyanın Salyanda yerləşən cəzaçəkmə müəssisəsində məhkumlarla növbəti görüşü olub. 50-yə yaxın məhkumun şəxsi işi və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, onlarla fərdi qaydada səmimi söhbətlər aparılıb, islah yoluna düşmüş məhkumları şərti azad etmə və ya daha yüngül rejimli müəssisəyə keçirmə ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırılıb.

 

İki ilə yaxın fəaliyyəti dövründə Komissiya tərəfindən mütəmadi olaraq müxtəlif cəzaçəkmə müəssisələrinə baş çəkilərək məhkumlarla fərdi görüşlər keçirilib, tərbiyəvi tədbirlər, maarifləndirmə və izahat işləri aparılıb, həqiqi islah yoluna düşmüş və əhalinin bütün təbəqələrini əhatə edən 2300-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələr tərəfindən baxılmış həmin işlərdən 95%-i müsbət həll edilib.

 

Komissiyanın fəaliyyətində şəffaflıq maksimum təmin olunaraq artıq onun iclaslarına ictimai iştirakçılığın ən geniş formatlarından istifadə etməklə məhkumların valideynlərinin və yaxınlarının dəvət olunması təcrübəsi tətbiq edilir. İclaslara hətta zərərçəkmiş şəxslər də dəvət olunurlar ki, bu da münaqişəli vəziyyətin aradan qaldırılmasına və barışığa nail olunmasına öz töhfəsini verir. Komissiyanın şəffaf və obyektiv fəaliyyətinin, apardığı tərbiyəvi işin və həqiqi islah olunan məhkumların azad olunmağa tövsiyə etməsinin nəticəsidir ki, həmin şəxslər arasında residiv cinayətlərin sayı kəskin azalıb. Məhkumlar şəffaflıqla seçilən və korrupsiya hallarının qarşısını alan bu müsbət təcrübənin səmərəli tətbiqindən məmnunluğunu bildirib, islah olunan məhkumların sosial adaptasiyasına yaxından kömək edən Ədliyyə Nazirliyinin bu təşəbbüsünü, onların saxlanma şəraitinin diqqət mərkəzində olmasını yüksək qiymətləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21