FHN ilan və əqrəb sancmaları ilə bağlı əhaliyə müraciət edib
06 avqust 2015 14:29 (UTC +04:00)

FHN ilan və əqrəb sancmaları ilə bağlı əhaliyə müraciət edib

Fövqalədə Hallar Nazirliyi (FHN) ilan və əqrəb sancmaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yay mövsümünün əsas təhlükələrindən biri ilan və əqrəb sancmasıdır. Bu hallardan qorunmaq üçün bir sıra qaydaları bilmək vacibdir.

- Meşəyə  gedərkən  əyninizə  uzun şalvar, qalın dəri və rezin materialdan olan uzunboğaz çəkmə geyinin. İlan bu materialları dişləyə bilmir.

- Rast gəldiyiniz yuva, hündür otluq və aşmış ağaclardan uzaq durun. Yolunuzu açmaq üçün əlinizi sıx otluğa salmayın, bu məqsədlə əl ağacından istifadə edin.

- Qaya parçası və ya ağac kötüyünün üzərinə oturmazdan əvvəl onu diqqətlə nəzərdən keçirin.

- Meşədə gecələmək planınız varsa, əvvəlcədən topladığınız çırpıdan ocaq qalayın. İlanlar alov və səs-küydən çəkinir.

- Bundan başqa, ilanla rastlaşdıqda dayanın, arxanızı ona çevirmədən yavaşca geriyə çəkilərək uzaqlaşın,  diqqət cəlb etməmək üçün qəfil, kəskin hərəkətlər etməyin. Unutmayın ki, ilan və əqrəbə toxunmadıqda onlar insanı sancmır.

- Ölmüş belə hesab etdiyiniz ilana yaxınlaşmayın. Çünki sürünənlər özünü ölmüş kimi göstərə bilər.

- Zəhərli ilanı zərərsizdən seçməyi bacarın. Adətən, təhlükəli ilanlar parlaq və əlvan rəngli olur, özlərinə xas fışıltı və şaqqıltılı səslər çıxarır.

 

Məlumatda bildirilir ki, özünüzü əqrəb sancmasından qorumaq üçün ilk əvvəl

- Əqrəbin evə girməməsi üçün qapı və pəncərələri həşərat əleyhinə tor örtüklə təmin edin.

- Açıq havada istirahət edirsinizsə, paltar və ayaqqabılarınızı, çadırdakı yataq dəstini nəzarətdə saxlayın, vaxtaşırı onları yaxşıca çırpın.

- Əqrəb qumun üst qatında gizləndiyi üçün qumsallıqda ayaqyalın gəzməyin.

 

FHN-nin məlumatına görə, ilan və əqrəb sancması zamanı zərərçəkmişə ilkin olaraq aşağıdakı kimi tibbi yardım göstərə bilərsiz:

- zərərçəkmişi sakitləşdirib rahat vəziyyət verin;

- sancılmış nahiyəni hərəkət etdirməyin;

- yaranı su ilə yuyun;

- soyuq kompress qoyun;

- yara baş və ya boyundadırsa, yara ətrafına əl və ya barmaqla təzyiq göstərin;

- yara əl və ya ayaqdadırsa, qan dövranını pozmadan yaraya sarğı qoyun;

- jqut qoymaq olmaz!

- yaranın özünə müdaxilə etmək və zəhəri sormaq olmaz!

- zərərçəkmişin nəbz və tənəffüsünə nəzarət edin;

- tibbi yardım çağırın.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar