Sumqayıtda körpə qız faciəvi şəkildə ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 16-da Sumqayıt şəhərində yaşayan azyaşlı Zəhra Cəbrayılova dərmandan zəhərlənərək ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, ölən uşaq bu ilin avqust ayında dünyaya gəlib. Dünən nəfəs çatışmazlığı müşahidə edilən uşağa yaxınları tibbi yardım göstərməyə çalışıb və uşağın burnuna “nazvin” damcısı töküblər. Lakin damcılar körpənin nəfəs borusuna gedib və 4 aylıq Zəhranın ölümünə səbəb olub.
Hadisə ilə bağlı araşdırma aparılır.