Eyni oğrular bir mağazanı iki dəfə qarət etdilər
30 oktyabr 2015 03:17 (UTC +04:00)

Eyni oğrular bir mağazanı iki dəfə qarət etdilər

0

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində oğurluq hadisəsi olub. APA-nın məlumatına görə, hadisə qəsəbənin Quşçuluq massivində yerləşən mağazalardan  birində qeydə alınıb. Naməlum şəxslər gecə saat 4 radələrində mağazanın dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar. Onlar xeyli ərzaq məhsullarını, 500 manatadək dəyərində siqaret, 300 manatdan çox danışıq kartı, 700 manat nağd pul və  bir qutu yumurta aparıblar. Monitorda oğruları görən ev sahibləri dərhal həyətə düşüblər. Mağaza  evin qarşısında olduğundan evin həyətindən dükana açılan qapını oğrular içəridən bağlayıblar.

 

Mağaza sahibinin sözlərinə görə bu ilk oğurluq hadisəsi deyil. Buna qədər eyni oğrular bir dəfə  mağazanı qarət ediblər. Bundan əvvəl onlar mağazaya damdan daxil olaraq yarıblar. Hətta görüntüləri də qeydə alınıb. Amma hadisənin üstü açılmayıb, oğrular tapılmayıb.

 

Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, əl-barmaq izlərini götürüblər.

 

Faktla bağlı Suraxanı rayonu 30-cu polis bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar