Suriya ordusu Hələb şəhərinin müxalifətin nəzarətində olan məhəllələrini ballistik SKAD raketləri ilə vurmğa başlayıb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gün Dəməşq yaxınlığındakı Kalamun qəsəbəsində yerləşən raket briqadası Hələbə 3 ballistik SKAD raketi atıb.
Suriya Ali İnqilab Şurasının üzvü Vali Kadi deyib ki, raket zərbəsi nəticəsində bir neçə ev dağılıb, onlarla insan həyatını itirib.