Erməni müxalifətçi Azərbaycandan sığınacaq istədi
17 sentyabr 2015 15:23 (UTC +04:00)

Erməni müxalifətçi Azərbaycandan sığınacaq istədi

0

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

 

APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

 

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar