Ermənistan ordusunun əsgəri özünü asıb.
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 22:10 radələrində N saylı hərbi hissənin əsgəri Qarbiel Abrikoviç Lazaryan asılmış vəziyyətdə aşkralanıb.
Qarbiel Abrikoviç Lazaryan özünü mələfə ilə asıb. Özünü ölüm həddinə çatdırma ittihamı ilə cinayət işi açılıb, məhkəmə-tibbi ekspertiza təyin edilib.
Qeyd edək ki, bu, 2013-cü ilin əvvəlindən indiyə qədər Ermənistan ordusunda baş verən 17-ci ölüm hadisəsidir.