Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 17-də X.Ələkbərov küçəsində Bakı şəhər sakinləri Rəhman Süleymanov qısqanclıq zəminində arvadı Rəsmiyyə Talıbovanın döş qəfəsindən bıçaq xəsarəti yetirib.
Gənc ər-arvad küçədə mübahisə ediblər. Elə bu zaman 35 yaşlı R.Süleymanov arcadını bıçaqlayıb. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları R.Süelymanovu yaxalayıb.
Ağır yaralanmış qadın xəstəxanaya yerləşdirilib.