Ər arvadını baltaladı
27 iyul 2013 12:26 (UTC +04:00)

Ər arvadını baltaladı

 

Bakıda ər həyat yoldaşını baltalayıb.


 

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, Y.Qasımov küçəsi, ev 12-də qeydə alınıb. Orada kirayədə yaşayan, Beyləqan rayon sakini, 1983-cü il təvəllüdlü Kamranov Seyran Əliyar oğlu ailə münaqişəsi zəminində arvadı, 1991-ci il təvəllüdlü İranəyə balta ilə xəsarət yetirib. Baş nahiyəsindən ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən S.Kamranov isə polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869

Oxşar yazılar