Elşad Abdullayevin bacısı oğlu: “Dayım sizin burada oturmağınızın tərəfdarı deyil”
07 noyabr 2013 16:56 (UTC +04:00)

Elşad Abdullayevin bacısı oğlu: “Dayım sizin burada oturmağınızın tərəfdarı deyil”

Şahid: “Gülər xanım Sevincdən qaçırdı”

 

Bu gün günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovaya qarşı açılmış cinayət işi ilə bağlı məhkəmə davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, Elşad Abdullayevin bacısı oğlu Azad Nusralıyev ifadəsində bildirib ki, məlum videokadrlar internetdə yayıldıqdan sonra prokurorluq işçiləri həmin görüntülərin çəkildiyi Yasamal rayonundakı ofisdə onun iştirakı ilə axtarış aparıb, lakin o, protokola imza atmayıb. O deyib ki, Gülər Əhmədova ilə şəxsi tanışlığı yoxdur.

 

G.Əhmədova şahidə bildirib ki, yayılan videoların əslini ona versin: “Dayınla danışırsız, yəqin ki. Xahiş edirəm, ona deyin ki, videoların əslini göndərsin”. A.Nusralıyev isə sabiq deputata “baş üstə” deyə cavab verib: “Burda jurnalistlərin də qarşısında bəyan edirəm ki, nə mən, nə qohumlarım, nə də Elşad Abdullayev sizin burda dəmir  barmaqlıqlar arxasında dayanmağınızın tərəfdarı deyilik. Allah qapınızı açsın”.

 

Daha sonra şahid qismində ifadə verən Gülər Əhmədovanın təsisçisi olduğu “Mərkəz” qəzetində 5 il müxtəlif vəzifələrdə çalışmış Aqilə Əlihüseynli və onun bacısı, sabiq deputatın təsis etdiyi QHT-də mühasib işləmiş Günay Vəliyeva bildiriblər ki, ibtidai-istintaq zamanı müstəntiq onlara təzyiq göstərib, buna görə də verdikləri ifadəyə oxumadan qol çəkiblər. Bunun ardınca prokurorun tələbi ilə hər iki şəxsin yazılı ifadəsi oxunub. İfadədən məlum olub ki, Sevinc Babayeva Gülər Əhmədovanın işlədiyi ofislərə tez-tez gəlirmiş və onlar arasında pul üstündə mübahisələr olurmuş: “Gülər xanım ofisə gəlməzdən əvvəl bizə zəng vurub, Sevincin gəlib-gəlmədiyini soruşurdu. Bir dəfə Gülər xanım gələn kimi Sevinc də gəldi. Gülər xanım elə bilirdi ki, “Mərkəz”in işçilərindən kimsə Sevincə xəbər verir. Ona görə də qəzetin işçilərinə acıqlanırdı. Sonra bildi ki, Sevincə qapıdakı polislər deyib. Gülər xanım Sevincdən qaçırdı. Onların arasında pul söhbətinin olduğunu bilirdik. Bir dəfə Sevinc özü demişdi ki, pul məsələsinə görə video da var, əgər həmin video yayılsa, çox pis olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1765
avatar

Nizam Rza

Oxşar yazılar