Eldar Mahmudov istintaqda saatlarla dindirilib - FOTOLAR
10 noyabr 2017 13:18 (UTC +04:00)

Eldar Mahmudov istintaqda saatlarla dindirilib - FOTOLAR

0

 

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yenidən ifadəsi alınıb.

 

APA-nın məlumatına görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib.

 

O, 3 saata yaxın dindirilib.

 

 

**

12:48

 

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, E. Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə ifadə verəcək.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəbəri Eldar Sultanov APA-ya E. Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yenidən ifadə verəcəyi barədə məlumatı təsdiqləyib.

 

E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar