Əfv sərəncamının icrasına başlanılıb
27 dekabr 2012 09:52 (UTC +04:00)

Əfv sərəncamının icrasına başlanılıb

0

 

Əfv sərəncamının icrasında başlanılıb.


 APA-nın məlumatına görə, bu gün səhərdən cəzaçəkmə müəssisələrində sərəncamın icrasına start verilib.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 87 nəfərə şamil olunub. Onlardan 79 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, daha 4 nəfər isə cərimə cəzasından azad edilib.

 

Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərli və Taleh Xasməmmədov, AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənli də var.

 

Bundan başqa, İran, Türkiyə, Gürcüstan, Nigeriya, Banqladeş vətəndaşları da cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1217

Oxşar yazılar