Dünən batan yeniyetmənin cəsədi tapılıb
09 iyul 2013 23:43 (UTC +04:00)

Dünən batan yeniyetmənin cəsədi tapılıb

İyulun 9-da Sumqayıtda bir nəfər batmaq təhlükəsi ilə üzləşib. 

 

Lent.az-ın FHN-ə istinadən məlumatına  görə, Sumqayıtda, dənizdə (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) bir nəfər batmaq təhlükəsi ilə üzləşib və FHN-nin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

 

Bundan başqa, iyulun 8-də Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km aralıda) batmış 1997-ci il təvəllüdlü Qurbanəli Malik oğlu Məmmədovun axtarışları başa çatıb. Q.Məmmədovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 1,8 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732
avatar

Oxşar yazılar