Bu gün Tovuz rayonu ərazisində Ermənistan vətəndaşının tutulması xəbəri rəsmən təsdiqlənib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov Lent.az-a bildirib ki, bununla bağlı onlarda da məlumat var: “Bizdə məlumat var ki, Tovuzda bir nəfər tutulub və hazırda Bakıya gətirilir. Onun şəxsiyyəti və digər təfərrüatlar hələlik məlum deyil. Hazırda tutulan şəxs Bakıya gətirilir. Ətraflı məlumat veriləcək”.