Dövlət Baytarlıq Xidmətində böyük korrupsiya
19 fevral 2014 18:25 (UTC +04:00)

Dövlət Baytarlıq Xidmətində böyük korrupsiya

Baş Prokurorluq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Aparılmış araşdırmalarla qeyd edilən birliyin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əmək haqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat məbləğində hesablanmış əmək haqlarını həmin kartlar vasitəsilə alaraq onlara külli miqdarda ziyan vurmalarında və digər qanun pozuntularına yol vermələrində, həmçinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyevin xidmət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsi üçün birliyə ayrılmış pul vəsaitinin istifadəsi ilə əlaqədar dövlətə 68.0 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğu üzə çıxıb. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3794
avatar

Nizam Rza

Oxşar yazılar